Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsi Bakı, 16-21 noyabr 2010-cu il
Müsabiqədə 1992-ci il yanvarın 01-dən 1975-ci il dekabrın 31-dək anadan olmuş kişi və qadın müğənniləri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün Təşkilat Komitəsinə 2010-cu il noyabr ayının 10-dan gec olmayaraq aşağıdakı sənədlər göndərilməlidir:
a) ərizə-anket;
b) doğum haqqında şəhadətnamənin surəti;
v) musiqi təhsili müəssisəsini bitirmə haqqında diplomun surəti və ya təhsil alma haqqında arayış;
q) yaradıcılıq fəaliyyəti üzrə tərcümeyi - hal;
d) İki ədəd 13x18 ölçülü ağ-qara fotoşəkil və bir ədəd 3x4 ölçülü parlaq kağızda fotoşəkil;
e) digər müsabiqələrdə alınan diplom və mükafatların surəti.
j) turlar üzrə tam ifa proqramı (çap edilmiş formada).
Təşkilat Komitəsi iştirakçıların müsabiqədə aktiv iştirak dövrü ərzində mehmanxanada yaşayış xərclərini ödəyir. Təşkilat Komitəsi əlavə xərc ödənilmədən konsertmeysterlərlə təminatı həyata keçirir. Nəqliyyat xərcləri iştirakçıların hesabınadır.
İştirakçıların gəlişi – 14-15 noyabr, püşkatma – 16 noyabr saat 10.00.
MÜKAFATLAR:
Qran-Pri – 10 000 ABŞ dolları
I mükafat – 5 000 ABŞ dolları
II mükafat – 3 000 ABŞ dolları
III mükafat – 2 000 ABŞ dolları
IV mükafat – 1 000 ABŞ dolları
Xüsusi mükafatlar: ”Yaxşı tenora”, “Bülbül repertuarından olan Azərbaycan bəstəkarlarının əsərlərinin yaxşı ifasına görə”, “Xalq mahnısının yaxşı ifasına görə” və müsabiqədə yaxşı akkompanementə görə konsertmeysterlərə 3 pul mükafatı.
İştirakşı anketini və Bülbülün repertuarından olan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarını www.byulbyul.az saytından əldə etmək mümkündür.
Münsiflər heyətinin sədri – SSRİ xalq artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, professor Yevqeniy Nesterenko
Təikilat Komitəsinin Sədri – Azərbaycan Respublikaının Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev
Ünvan: Azərbaycan Respublikası, Az 1000, Bakı şəhəri,
Hökumət evi, Mədəniyyət və Turizm nazirliyi,
Bülbül adına Müsabiqənin Təşkilat Komitəsi
Telefonlar: +994 (12) 493 0204
Faks: +994 (12) 493 5605
E-mail: info@byulbyul.az