Şərtlər
Müsabiqənin şərtləri
1. Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi hər 3 ildə bir dəfə Azərbaycan Respublikasının paytaxtı - Bakı şəhərində keçirilir.
2. Vokalçıların Bülbül adına beşinci müsabiqəsi 2010-cu ilin 16-21 noyabr tarixlərində təşkil olunacaqdır.
3. Müsabiqədə doğum təvəllüdü 1975-ci il yanvarın 01-dən 1992-ci il dekabrın 31-dək olan (milliyyətindən asılı olmayaraq) kişi və qadın müğənniləri iştirak edə bilərlər.
4. Müsabiqə sınaqları iki seçim və bir final turundan ibarətdir. Bütün dinləmələr açıq keçirilir. Çıxışların ardıcıllığı püşkatma yolu ilə müəyyənləşdirilir və həmin ardıcıllığa müsabiqənin sonunadək riayət olunur. I turun 50 faizdən artıq olmayan say həddində iştirakçısı II tura buraxılacaqdır.
Hər bir namizəd üzrə yerlərin və mükafatların bölüşdürülməsi səsvermə yolu ilə həyata keçirilir.
5. Müsabiqənin Münsiflər heyətinin tərkibinə görkəmli müğənni və musiqiçilər, pedaqoqlar, dünyanın aparıcı teatrlarının bədii rəhbərləri, direktor və kastinq – direktorları, həmçinin fəxri qonaq qismində aparıcı artistik firmaların rəhbərləri, müxtəlif ölkələrin məşhur impresarioları dəvət olunurlar.
Münsiflər heyəti öz qənaətinə əsasən müəyyənləşdirilmiş say çərçivəsində mükafatları (Qran-Pri mükafatını çıxmaq şərti ilə) iştirakçılar arasında bölə, həmçinin onların hamısını verməyə də bilər. Münsiflər heyətinin iclası qapalıdır, qərarlar protokolla rəsmiləşdirilir, həmin qərarlar qətidir və onlara yenidən baxıla bilməz.
Münsiflər heyətinin sədri – SSRİ xalq artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, professor Yevqeniy Nesterenko
6. Müsabiqədə iştirak etmək üçün ərizə-anketlər 2010-cu il noyabr ayının 10-dək aşağıdakı ünvana göndərilməlidir:
Azərbaycan Respublikası, Az 1000, Bakı, Hökumət evi, Mədəniyyət və Turizm nazirliyi,
«Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi».
Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunmalıdır:
a) doğum haqqında şəhadətnamənin surəti;
b) musiqi təhsili müəssisəsini bitirmə haqqında diplomun surəti və ya təhsil haqqında arayış (tələbələr üçün); v) yaradıcılıq fəaliyyəti üzrə tərcümeyi - hal;
q) İki ədəd 13x18 ölçülü ağ-qara fotoşəkil və bir ədəd 3x4 ölçülü parlaq kağızda fotoşəkil;
d) hər tur üzrə tam proqram;
e) digər müsabiqələrdəki diplom və mükafatların surəti.
7. Ərizə-anketin və turlar üzrə proqramın kompüterdə və ya çap hərfləri ilə doldurulması xahiş olunur.
8. Bülbülün repertuarından olan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarını www.byulbyul.az saytından əldə etmək mümkündür.
9. Bütün müsabiqə iştirakçıları 2010-cu il noyabr ayının 16-da Bakı şəhərində keçiriləcək püşkatma mərasimində iştirak etməlidirlər.
Püşkatmaya qatılmayan namizədlər müsabiqəyə buraxılmır.
10. Təşkilat Komitəsi 2010-cu il noyabr ayının 15-dən başlayaraq II tura qədər olan müddətdə bütün iştirakçıların mehmanxana xərclərini ödəyir. Sonrakı müddət ərzində mehmanxana xərcləri yalnız növbəti turlara buraxılan iştirakçılar üçün ödənilir.
Müsabiqəyə qatılanların Bakı şəhərinə gəlmə və qayıtmaları ilə əlaqədar yol xərcləri iştirakçıların özləri, yaxud göndərən təşkilat tərəfindən ödənilir.
II və III turlara keçə bilməyən iştirakçılar müsabiqənin sonunadək Bakı şəhərində yalnız öz hesablarına qala bilərlər.
Müsabiqə iştirakçılarını müşayiət edən şəxslər müsabiqədə iştiraklarını özləri təmin etməlidirlər. Vaxtında müraciət olunduğu halda Təşkilat Komitəsi onların yerləşdirilməsinə və müsabiqə salonuna buraxılmasına köməklik göstərə bilər.
11. Təşkilat Komitəsi iki dəfə məşq, habelə turlarda çıxış etmək üçün iştirakçıları, əlavə haqq ödənilmədən, konsertmeysterlə təmin edir. İfaçı öz konsertmeysteri ilə çıxış etmək istəyən halda akkompaniatorun yol, yaşayış və yemək xərclərini konkursant öz üzərinə götürür.
12. Münsiflər heyətinin qərarına əsasən müsabiqə laureatları yekun konsertdə, haqqı ödənilmədən, orkestrlə çıxış etməlidirlər.
13. Müsabiqə dinləmələri və yekun konsertlərin televiziya və radio ilə translyasiyası, sonradan yayılması məqsədi ilə onların audio və video yazılışlarının aparılması üçün iştirakçı Təşkilat Komitəsinə hüquq verir, həmçinin reklam məhsullarının istehsalı zamanı öz imiclərindən istifadə üçün Təşkilat Komitəsinə icazə verir, müsabiqə ilə bağlı adından istifadə ilə razılaşır. Həmin səlahiyyətlər, bütün dünyada olduğu kimi, müsabiqə keçiriləndən sonra 3 il müddətində öz qüvvəsində qalır. Müsabiqənin bütün mərhələləri müvafiq qaydada akkreditə olunmuş kütləvi informasiya vasitələri ilə işıqlandırılır.
14. Müsabiqədə iştirak üçün rəsmi dəvətlər e-mail və ya poçtla göndərilir, onlar viza almaq üçün əsasdır. Xarici ölkələrdən olan iştirakçılar dəvət məktubu aldıqdan sonra Azərbaycan Respublikasının həmin ölkələrdəki Səfirliklərinin konsulluq şöbələrinə müraciət edirlər. MDB-yə üzv ölkələrdən olan iştirakçılara viza tələb olunmur.
15. Müsabiqənin planı və keçirilmə reqlamenti Təşkilat Komitəsi tərəfindən təsdiq edilir və onlara riayət bütün iştirakçılar üçün mütləqdir.
16. Müsabiqədə iştirak üçün ərizə ilə müraciət həmin Şərtlərlə tam və mübaliğəsiz razılıq kimi qəbul olunur.
17. Müsabiqənin keçirilməsi üzrə bütün təşkilatı və reklam xarakterli məsələlər yalnız Təşkilat Komitəsi tərəfindən həll olunur.
18. Müəllif və müştərək hüquqlar barədə müəllif cəmiyyətləri və digər təşkilatlarla bütün münasibətlər və öhdəliklər Təşkilat komitəsi tərəfindən tənzimlənir və nəzarət edilir.
19. Əlavə məlumatı aşağıdakı ünvandan almaq mümkündür:
Azərbaycan Respublikası, Az 1000, Bakı şəhəri, Hökumət evi, Mədəniyyət və Turizm nazirliyi,
«Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsinin Təşkilat Komitəsi»,
telefon: +994 (12) 493 0204, faks ++994 (12) 493-56-05
E-mail: info@byulbyul.az
20. Təşkilat məsələləri ilə bağlı Avropada aşağıdakı Holland firmasına müraciət etmək olar:
TACT
INTERNATIONAL ART MANAGEMENT
Tefelenstraat 120
NL-1107 SN Amsterdam
Netherlands
Telefon: + 31 20 69 77 091
Faks: + 31 20 69 77 83
MÜKAFATLAR:
Təşkilat Komitəsi aşağıdakı mükafatları elan edir:
Qran-Pri – 10 000 ABŞ dolları və laureat adı
I mükafat – 5 000 ABŞ dolları və laureat adı
II mükafat – 3 000 ABŞ dolları və laureat adı
III mükafat – 2 000 ABŞ dolları və laureat adı
IV mükafat – 1 000 ABŞ dolları və laureat adı
MÜSABİQƏNİN XÜSUSİ PRİZLƏRİ:
1. Ən yaxşı tenor üçün priz (Bülbülün xatirəsinə həsr olunur).
2. Bülbül repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifası üçün priz.
3. Ən yaxşı xalq mahnısının ifası üçün priz.
4. Müsabiqə iştirakçıları yaradıcılıq ittifaqlarının, dövlət və ictimai təşkilatların xüsusi prizləri ilə də mükafatlandırıla bilərlər.
5.Müsabiqədə ən yaxşı müşayiətə görə konsertmeysterlər üçün üç priz.
Təşkilat, birlik, kütləvi informasiya vasitələri, incəsənət xadimlərinin və s. xüsusi mükafat və prizləri Təşkilat Komitəsinin razılığı ilə təsis edilir.
MÜSABİQƏNİN PROQRAMI
I TUR
1. Opera, kantata və yaxud oratoriyalardan bir ariya (iştirakçının öz seçiminə görə)
2. İştirakçının təmsil etdiyi ölkənin bir xalq mahnısı
II TUR
1. Operadan ariya (iştirakçının öz seçiminə görə)
2. Romans
3. Bülbül repertuarından Azərbaycan bəstəkarlarının bir əsəri (iştirakçının öz seçiminə görə):
Üzeyir Hacıbəyov - «Sənsiz» sözləri Nizami Gəncəvinindir
- «Sevgili canan» sözləri Nizami Gəncəvinindir
Asəf Zeynallı - «Ölkəm» sözləri Cəfər Cabbarlınındır
Fikrət Əmirov - «Ulduz» sözləri Məmməd Rahimindir
(iştirakçının səsindən asılı olaraq səs tonunun dəyişdirilməsinə icazə verilir).
III TUR
(simfonik orkestrlə)
İki opera ariyası (I və II turlarda ifa edilən ariyaların təkrarı olmamaqla iştirakçının seçiminə görə).
Qeyd:
I və II turlarda iştirakçıların ifası fortepianonun müşayiəti ilə keçir.
İştirakçılar tərəfindən, turlarda əsərlərin təkrarına yol verilməməklə, bütün mətnlər əzbər şəkildə ifa edilir.